Elm

08 Aprel

Martın 12-13-də keçirilən imtahanların nəticələri 12 apreldə açıqlanacaq

“Martın 12-13-də XI siniflər üçün keçirilən buraxılış imtahanları ilə bağlı email prosesi yekunlaşmaq üzrədir”.

Fins.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərin hazırlanması üzrə sektor müdiri Aydın Qasımov bildirib. Onun sözlərinə görə, sadəcə protokollardakı halların nəzərə alınması və audit mərhələsi, yəni imtahanın keyfiyyətinin yoxlanılması üçün 2-3 günlük vaxt qalıb:

“Ümid edirəm ki, aprelin 12-si gün ərzində nəticələr açıqlana bilər”