Elm

06 Aprel

Xaricdə dövlət proqramı ilə təhsil çərcivəsində tələbələrin hansı xərclərinin ödəniləcəyi açıqlanıb

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərcivəsində tələbələrin hansı xərclərinin ödəniləcəyi açıqlanıb.

Fins.az-ın məlumatına görə, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov qeyd edib ki, proqram çərçivəsində beynəlxalq nəqliyyat, sığorta xərci, təhsil haqqı, aylıq təqaüd və s. ödəniləcək.

"Bu xüsusi bir normativdir. Hər bir şəhər üzrə xüsusi normativ formalaşır. Hər bir şəhər üzrə müvafiq təqaüd məbləği müəyyən ediləcək və ictimaiyyətə açıqlanacaq",- deyə o bildirib.