Elm

15 Mart

Azərbaycanlı məktəbli dünyanın məşhur universitetinə təqaüd qazanıb

Azərbaycanlı məktəbli dünyanın məşhur universitetinə təqaüd qazanıb.

Həmin şagird Astara rayonu Pensər kənd 2 nömrəli məktəb-liseyin şagirdi, olimpiada qalibi Salman Hüseynovdur.

O, 2019-2020-ci tədris ilində keçirilən respublika fənn olimpiadalarında kimya fənni üzrə II yer, 2020-2021-ci tədris ilində isə I yerin qalibi olub. Beynəlxalq olimpiadalarda da iştirak edən Astara məktəblisi 2021-ci ildə Yaponiyada təşkil edilən ICHO-Beynəlxalq Kimya Olimpiadasında (distant) III yeri əldə edərək bürünc medal qazanıb. Salman Hüseynov hazırda beynəlxalq olimpiada hazırlıq mərkəzində kimya fənni üzrə dərslərdə iştirak edir.

O, dünyanın top universitetlərindən olan Massaçusest Texnologiya Universitetində (MIT) təhsil alacaq.