Elm

10 Mart

Koronavirusa görə bağlanan bütün məktəblərdə əyani tədris bərpa olunub

Azərbaycanda hazırda təhsili distant qaydada davam etdirən məktəb və siniflərin sayı açıqlanıb.

Təhsil Nazirliyindən  bildirilib ki, hazırda ölkə üzrə distant təhsildə olan məktəb yoxdur.

Qeyd olunub ki, distant təhsilə keçən siniflərin sayı isə 10-dur.

Xatırladaq ki, müvafiq qaydalara uyğun olaraq məktəblərdə koronavirusa yoluxma qeydə alındığı halda Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya mərkəzlərinin rəyi əsasında lokal bağlanmalar barədə qərar qəbul edilir.