Elm

10 Mart

Təhsil Nazirliyi: IX sinif şagirdlərinin elektron yerdəyişməsi dayandırılır

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddətin qaldığı nəzərə alınaraq martın 15-i saat 18:00-da şagirdlərin elektron yerdəyişməsi portalında (sy.edu.az) IX sinif şagirdlərinin yerdəyişməsi bağlanılacaq.

Bu barədə Fins.az-a Təhsil Nazilriyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan sinif üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək.