Elm

01 Mart

Xaricdə təhsil alanların işlə təmin olunmaları ilə bağlı tədbirlər nəzərdə tutulub

"Xaricdə təhsil alanların geri qayıtmasını və yaxından Azərbaycanın inkişafında iştirak etməyini gözləyirik. Xaricdə təhsillə bağlı birinci Dövlət Proqramı üzrə xaricdə təhsil alan tələbələrimizin əksəriyyəti ölkəyə qayıdıb. Onlardan bəziləri hətta yüksək siyasi vəzifələr tutur".

Bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib. Onun sözlərinə görə, yeni Dövlət Proqramı çərçivəsində də tələbələlərin ölkəyə qayıtmasını təmin etməyə çalışacaqlar:

"Həmin şəxslərin işlə təmin olunması məsələsinə gəldikdə, 400 nəfərin əmək bazarında iş tapma problemi ilə üzləşəcəklərini düşünmürük. Hesab edirik ki, onlar ölkəyə qayıtdıqdan sonra işlə təmin olunacaqlar. Amma Dövlət Proqramında bununla bağlı müvafiq tədbirlər nəzərdə tutulub. Qısa zaman ərzində həmin tədbirlərin hazırlanıb ictimaiyyətə təqdim edilməsi planlaşdırılır".

Nazir qeyd edib ki, dövlətin pulu ilə xaricdə təhsil alıb ölkəyə qayıtmayan şəxs həmin pulu geri qaytarmalıdır.