Elm

01 Mart

Gələn ildən summativ qiymətləndirmə onlayn aparılacaq

“Bakı və Sumqayıt məktəbləri üçün 4000 kompüterin alınması nəzərdə tutulub”.

Bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib. Onun sözlərinə görə, summativ qiymətləndirmənin elektron qaydada aparılması nəzərdə tutulub:

“Bu halda valideynlər də nəticələrdən daha tez xəbər tutacaqlar və kağız vəsaitə də qənaət etmiş olacağıq. Hesab edirəm ki, gələn ildən bunu tətbiq edə biləcəyik” – nazir vurğulayıb.