Elm

28 Fevral

Sınaq imtahanında ən yüksək nəticəni bu qrupun abituriyentləri göstərib

Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq 2 dəfə - 19 dekabr 2021-ci il və 13 fevral 2022-ci il tariclərində sınaq imtahanları keçirilib.

DİM-dən  verilən xəbərə görə, I sınaq imtahanında 3819 nəfər (I qrup üzrə 1138; II qrup üzrə 779; III qrup üzrə 1297 (onlardan DT alt-qrupu üzrə 1289; TC alt-qrupu üzrə 20); IV qrup üzrə 605), II sınaq imtahanında isə 3137 nəfər (I qrup üzrə 992; II qrup üzrə 623; III qrup üzrə 992 (onlardan DT alt-qrupu üzrə 985; TC alt-qrupu üzrə 9); IV qrup üzrə 530) iştirak edib.

Qeyd edək ki, 2021-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsində 67717 nəfər iştirak edibr (I qrup üzrə 26889; II qrup üzrə 15726; III qrup üzrə 20283; IV qrup üzrə 4819). Göründüyü kimi I sınaq imtahanında iştirak edənlərin sayı ötən il imtahanda iştirak edənlərin sayının 5.64%-ni, II sınaq imtahanında isə 4.63%-ni təşkil etmişdir. Qruplar üzrə bu göstəricilər bir qədər fərqlidir və yalnız IV qrup üzrə sınaq imtahanında iştirak edənlərin sayı ötən il IV qrup üzrə qəbul imtahanında iştirak edən abituriyentlərin sayının 10%-dən çoxunu təşkil edib.

Gözlənildiyi kimi, hər iki sınaq imtahanında ən yüksək nəticəni IV qrupun abituriyentləri əldə ediblər (I sınaqda orta bal – 173.03, II sınaqda orta bal – 189.81). I, II və III qruplarda I sınaq imtahanında əldə olunan nəticələr, müvafiq olaraq, 119.40, 104.03 və 156.26 bala (DT altqrupunda 156.45, TC altqrupunda 110.72), II sınaq imtahanında, müvafiq olaraq, 151.02, 110.25 və 174.25 bala (DT altqrupunda 174.42, TC altqrupunda 164.10) bərabər olub.

Bu nəticələr ötənilki qəbul imtahanında toplanılan ballarla müqayisə ediləndə görünür ki, I və II qruplar üzrə sınaq imtahanlarına orta və yüksək hazırlıqlı abituriyentlər, III və IV qruplar üzrə isə həm aşağı, həm orta, həm də yüksək hazırlıqlı abituriyentlər maraq göstəriblər.