Elm

11 Avqust

Bu ilin ilk yarısında dövlət büdcəsinin təhsil xərcləri 1,363 mlrd. manat olub

Bu ilin birinci yarısında Azərbaycanın təhsil xərcləri 1 milyard 363 milyon manat olub.

Bu, Maliyyə Nazirliyinin 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında əksini tapıb.

Cari ilin I yarımillyində funksional təsnifata görə dövlət büdcəsi xərclərinin strukturunda təhsil sahəsi üzrə xərclər 11,8 faiz təşkil edib. 2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsi xərclərinin funksional təsnifatın bölmələri üzrə proqnoza qarşı icrası təhsil sahəsi üzrə 6,0 faiz az icra olunub.