Elm

29 İyul

ABŞ-ın Oklahoma Universiteti azərbaycanlılara təhsil haqqında güzəşt edəcək  

Azərbaycanla imzalanmış memoranduma əsasən, ABŞ-ın Oklahoma Universitetində təhsil alacaq azərbaycanlı tələbələrə təhsil haqqında güzəşt ediləcək.

Fins.az xəbər verir ki, bunu keçirdiyi brifinqdə ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stitt deyib.

“Azərbaycanlı tələbələrin təhsil haqqının 57%-ni universitet qarşılayacaq. Bu da bizim təcrübəmizi bölüşməyin bir yoludur və ümidverici bir razılaşmadır”, - deyə o, qeyd edib.

© Report