Elm

23 İyun

Dövlət qulluğuna qəbulla bağlı neçə namizədin müraciətinə imtina verilib? - AÇIQLAMA

“Ötən il dövlət qulluğuna qəbulla bağlı 422 vəzifə üzrə namizədlərin müraciətlərinə imtina verilib”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, imtina səbəbləri arasında iş stajının vəzifənin tutulma şərtlərinə uyğun olmaması (34,6 %), zəruri sənədlərinin təqdim edilməməsi və ya natamam təqdim edilməsi (32,46 %), ümumi müsahibədə iştirak hüququnun olmaması (13,27 %) üstünlük təşkil edir.

M.Abbaszadə qeyd edib ki, keçən il müsahibələrdə uğur əldə edən 734 namizəd vakant vəzifələrə təyin edilib: 

“Ən yüksək təyinat müsabiqə üzrə (427 nəfər / 58,17 %) müşahidə edilir. Ən çox təyinat müsabiqə üzrə BB4 (223 nəfər), ümumi müsahibə üzrə BB3 (22 nəfər), daxili müsahibə üzrə isə BA3 (35 nəfər) altqruplarına aid vəzifələr üzrə qeydə alınıb”.