Elm

26 May

Subbakalavarların ərizə qəbulunun tarixi açıqlanıb

“Subbakalavarların ərizə qəbulunun təxminən iyunun sonunda elan olunması planlaşdırılır”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 26-da keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, aprelin 29-30-da keçirilən buraxılış imtahanlarının nəticələri günün sonuna açıqlanacaq.