Təhsildə Keyfiyyət Təminatı Agentliyi aprel ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikasını təqdim edib.
Agentlikdən verilən məlumata görə, aprel ayı üzrə 246 müraciətçinin 179-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 67 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 73, Rusiya Federasiyasından 64, Ukraynadan 62, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 15, Gürcüstandan 7, digər ölkələrdən isə 25 müraciətin olduğu müşahidə olunub.
Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) “Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.