Elm

03 May

TN: Yekun qiymətləndirmənin distant və ya əyani olması barədə əlavə məlumat veriləcək

Təhsil Nazirliyinin Kollegiyasının 21.01.2021-ci il tarixli KQ-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”na əsasən, summativ qiymətləndirmə hər bir fənn üzrə yarımilliyin sonunda bir dəfə olmaqla aparılacaq.

Təhsil Nazirliyindən  verilən cavaba görə, qiymətləndirmənin distant və ya əyani olması barədə əlavə məlumat veriləcək. 

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən II-XI sinif şagirdləri üçün yekun milli qiymətləndirilmə keçiriləcəyi ilə bağlı artıq təhsil müəssisələrinə məlumat göndərilib. Yekun qiymətləndirmənin iyun ayının 5-dən 14-nə qədər davam edəcəyi gözlənilir. I siniflər üçün qiymətləndirmə keçirilməyəcək. 

© APA