Elm

27 Aprel

Məktəbəhazırlıq qruplarına qeydiyyat nə vaxt başlayır?

"Məktəbəhazırlıq qruplarına qeydiyyat tarixi hələ dəqiqləşməyib".

Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov  sualını cavablandırarkən deyib.

O qeyd edib ki, qeydiyyatın yay aylarında, iyun-iyulda olması gözlənilir: “Lakin pandemiya şəraiti və digər səbəblərlə əlaqəli proses uzadıla və ya əvvələ çəkilə bilər. Fəaliyyət planı üzrə dəqiq qrafik müəyyən olunduqda ictimaiyyətə açıqlanacaq”.