Elm

26 Aprel

Birinci sinfə qəbul tam elektronlaşdılır - İşçı qrup yaradıldı

“Gələcəkdə birinci sinfə şagird qəbulu prosesi tam elektronlaşdırıla bilər”.

Fins.az-ın məlumatına görə, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov birinci sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı işçi qrup yaradılıb:

“Bununla da valideynin məktəblə ünsiyyətinin sıfıra endirilməsi baş tutacaq. Növbəti tədris ili üçün bu prosesə start veriləcək”.