Elm

26 Aprel

Məktəbəhazırlıq qruplarına qəbul nə vaxt keçiriləcək? - AÇIQLAMA

“2021-2022-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbulun iyun-iyul aylarında olması planlaşdırılır”.

Fins.az-ın məlumatına görə, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov birinci sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə bildirib.

O bildirib ki, pandemiya şəraiti və digər proseslərlə bağlı vaxt dəyişə bilər:

“Fəaliyyət planı üzrə dəqiq qrafik müəyyən olunduqda ictimaiyyətə açıqlanacaq”.