Elm

23 Aprel

Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramına qəbul başladı

2021/2022-ci tədris ili üzrə UNEC-in Dünya İqisadiyyatı, Maliyyə, Mühasibat, İqtisadiyyat və Biznesin idarəolunması ixtisasları üzrə 2-ci kurs tələbələri üçün Montpellier Universitetinin ikili diplom proqramına qəbul başlayıb.

1-ci kurs tələbələri də 2022/2023-cü tədris ili üçün qeydiyyatdan keçə bilərlər.

Fins.az xəbər verir ki, proqrama qəbul olan UNEC-in tələbələri 3-cü kurs təhsillərini Montpellier Universitetində davam etdirəcəklər. Kursun sonunda tələb olunan kreditləri qazanan tələbələr UNEC-ə qayıdaraq, təhsillərini 4-cü kursdan davam edəcəklər. Fransada oxuduqları müddətdə tələbələrimizə Montpellier Universitetinin tələbə kartları veriləcək.

Əsas qəbul şərtləri:

  • UNEC-in ikinci kurs tələbəsi olmaq
  • Minimum orta bal (ÜÖMG) – 81 bal
  • İngilis dili – B2

Tərəfdaş universitet - Montpellier Universiteti
Müddət - 1 il
Tədris dili - İnglis dili
Təhsil haqqı – 2250 avro
Qeydiyyat haqqı – yoxdur

Tədrisin başlanması - 2021-ci il, sentyabr
Tədrisin bitməsi – 2022-ci il, aprel

Son müraciət tarixi - 10 may 2021-ci il
Sənədlər bir fayl şəklində (pdf formatında) aşağıdakı ardıcılıqla təqdim olunmalıdır:

  1. Müraciət forması (application form) əl ilə və ya çap şəklində doldurula bilər
  2. Akademik transcript (azərbaycan dilində)
  3. CV (ingilis dilində)
  4. Pasport (şəkil olan səhifəsi)

Məlumat əldə etmək və sənədləri təqdim etmək üçün:

Afət Ələkbərova,
UNEC, Beynəlxalq Əməkdaşlıq  Departamenti
E-mail: [email protected]