Poznan Dövlət İqtisad Universiteti Polşada ən qədim və ən nüfuzlu universitetlərdən biridir. Bu biznes liderlərinin, yüksək ixtisaslı idarəçi kadrların və dövlət idarəçiliyi müəssisələrinin işçilərinin yetişdirilməsində ixtisaslaşan, 13 minlik elmi-tədqiqat mərkəzidir.
Təhsil müəssisəsi dünya səviyyəli təhsil proqramları təklif edir. Beynəlxalq iqtisadiyyat, informatika və elektron iqtisadiyyat, əmtəəşünaslıq və idarəçilik fakültələrində 60-dan çox ixtisasa sahib olmaq olar.
Fins.az xəbər verir ki, Xaricdə Təhsil şirkəti Polşada Poznan Universitetində təhsil almaq imkanı təqdim edir.
İllik təhsil haqqı: 1930 € - 2505 €
Populyar fakültələr / ixtisaslar:
- Maliyyə və Mühasibat
- Beynəlxalq İqtisadi Münasibətlər
- Kompüter Elmləri və İqtisadiyyat
- İdarəetmə
- İqtisadiyyat
- Əmtəəşünaslıq
- Məkan İqtisadiyyatı
- Turizm İqtisadiyyatı
- İqtisadiyyatın Hüquqi Tənzimlənməsi
- Sosial Siyasət