Elm

15 Aprel

Ukraynada təhsil alan azərbaycanlı tələbələrin SAYI AÇIQLANIB

Hazırda Ukraynada Azərbaycandan 4 628 tələbə təhsil alır.

Bu barədə  Ukraynanın Təhsil və Elm Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 4 475 nəfəri bakalavr və ya magistr təhsili alır, 30 nəfər aspiranturada oxuyur.

Həmçinin 103 nəfər diplomdan sonrakı təhsilini davam etdirir.

Ötən ildə Ukraynanın ali təhsil müəssisələrinə 874 azərbaycanlı tələbə qəbul olunub.

© Report