Elm

06 Aprel

Rusiyanın Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti növbəti tədris ili üçün tələbə qəbulu elan edib

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti (“MGIMO”) 2021-2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edib.

Təhsil Nazirliyindən verilən məlumata görə, qəbul bakalavriat təhsil səviyyəsi üzrə aparılır.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər aprelin 5-dən 9-dək tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçməlidirlər.

Müsabiqə mərhələsi, tələb olunan sənədlər və digər məsələlərlə bağlı ətraflı məlumatı Təhsil Nazirliyinin rəsmi saytından əldə etmək mümkündür.