Elm

31 Mart

Məktəb inspektoru olmaq istəyən 72 nəfərdən 47-si keçid balını toplaya bilməyib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəblərdə keyfiyyətin monitorinqinin aparılması məqsədi ilə elan olunan məktəb inspektoru vakansiyası üzrə növbəti yazılı imtahan keçirilib.

Agentlikdən verilən məlumata görə, namizədlərin sahə üzrə biliklərinin yoxlanılması məqsədilə keçirilən imtahanda ümumilikdə 72 nəfər namizəd iştirak edib.

Həmin namizədlərdən 50-si qadın, 22-si isə kişi olub. 1 saat davam edən imtahanın nəticələrinə əsasən, 47 nəfər nəzərdə tutulan keçid balından aşağı, 25 nəfər isə yuxarı bal toplayıb.

İmtahandan uğurla keçən namizədlər aprelin 3-dək müsahibədə iştirak etmək üçün Agentliyə dəvət olunacaqlar.