Hesabat ilində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb.
Bu barədə Nazirlər Kabinetinin 2020 – ci ilə dair hesabatında bildirilib.
Hesabatda qeyd edilib ki, təhsilə ayrılan xərcləri 2013-cü ildəki 1,4 mlrd. manatdan 2020-ci ildə 3,2 mlrd. manata çatdırılıb. 2019-cu illə müqayisədə isə 39,0% artıb.
Son 5 ildə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,6%, mütləq ifadədə isə 1523,3 mln. manat və ya 86,8% artıb.