Elm

04 Mart

İnzibati rəhbər vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanına qeydiyyat davam edir

İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanına qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahanda iştirak etmək üçün indiyədək 51 nəfər (AA - 1, AB - 18, AC - 32) qeydiyyatdan keçib. Qeydiyyat martın 5-i saat 12:00-da başa çatacaq.

İmtahan kompüterlər vasitəsilə DİM-n Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında martın 7-də təşkil olunacaq.