Elm

03 Mart

MİQ-in müsahibə mərhələsindən keçə bilməyənlərin nəzərinə - Apellyasiya nə zamandır?

Fevralın 5-dən başlayan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti onlayn müsahibələr başa çatıb.

Onlayn müsahibələrdən keçə bilməyən müəllimləri narahat edən məsələlərdən biri də apellyasiyanın keçirilib-keçirilməməsi ilə bağlıdır.

Müsahibə mərhələsinin apellyasiya prosesi keçirilməzdən əvvəl Təhsil Nazirliyinin və İnsan Resursları Mərkəzinin rəsmi facebook səhifəsində, həmçinin kütləvi informasiya vasitələrində bu barədə məlumat veriləcək.

Qeyd edək ki, onlayn müsahibələrə müxtəlif fənlər üzrə ümumilikdə 2948 namizəd dəvət olunub. "Microsoft Teams" proqramı üzərindən keçirilən müsahibələrdə 2912 nəfər iştirak edib. Müsahibə nəticələri ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.