Elm

02 Mart

Tailandda magistratura üzrə təqaüd proqramına sənəd qəbulu davam edir 

Tailand Beynəlxalq Əməkdaşlıq Agentliyi 2021-2022-ci tədris ili üçün magistratura səviyyəsi üzrə təqaüd proqramı elan edib.

Təhsil Nazirliyindən  bildirilib ki, proqram Azərbaycan vətəndaşları üçün Tailand universitetlərində magistratura səviyyəsində təhsil almaq imkanı yaradır. Proqramın şərtlərinə əsasən, dövlət sektorunda çalışan əməkdaşlara üstünlük verilir. Təqaüd proqramı ilə təhsil almaq istəyənlər martın 15-dək müraciət edə bilərlər.