Elm

19 Fevral

Direktorların işə qəbulu üzrə onlayn sınaq imtahanı

Sınaq imtahanında iştirak etmək istəyən şəxslər 19 fevral saat 15:00-dan 18:00-dək www.miq.edu.az/imtahan/login.php linkinə daxil olaraq şəxsiyyəti təsdiq edən sənədin fin kodunu və iş nömrəsini əlavə etdikdən sonra imtahanda iştirak edə bilərlər. Namizədlər həmçinin şəxsi kabinetlərində aktivləşdiriləcək “Sınaq imtahanında iştirak et” xanasına daxil olaraq imtahana qatıla bilərlər.
 

 

Müsabiqənin test imtahanı mərhələsində olduğu kimi onlayn sınaq imtahanında da namizədlərə 90 dəqiqə ərzində əmək və təhsil qanunvericiliyi üzrə 40, məntiq üzrə 20 test tapşırığı təqdim olunacaq. Hər namizəd sınaq imtahanında 1 dəfə iştirak etmək hüququna malikdir.