Elm

18 Fevral

İkili diplom proqramı üzrə sənəd qəbulu davam edir

ABŞ-ın Corc Vaşinqton Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında magistratura səviyyəsi üzrə birgə təşkil edilən ikili diplom proqramı çərçivəsində “Təhsil ixtisası" üzrə 2021-2022-ci tədris ili üçün sənəd qəbulu davam edir.

 

Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom proqramının müddəti 2 ildir və bu müddət tam olaraq Azərbaycanda keçirilir. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.

 

Proqrama son müraciət tarixi 20 aprel 2021-ci ildir. 

 

İkili diplom proqramı ilə bağlı əlavə məlumat və müraciət qaydaları ilə elan vasitəsilə tanış olmaq mümkündür.