Elm

29 Yanvar

DİM: Magistraturaya qəbul üçün iki dəfə şans veriləcək

“Buraxılış imtahanının nəticəsi iki il qüvvədə qalır. Ötən ilin məzunları bu il buraxılış imtahanı da verməyə bilər və keçənilki nəticə ilə ikinci mərhələdə iştirak edə bilərlər”.

Bunu  Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

O həmçinin bildirib ki, magistraturaya qəbul üçün iki dəfə şans veriləcək: “İmtahan verən şəxs hər iki imtahanda iştirak etsə də, maksimal bal topladığı imtahanın nəticəsi əsas götürüləcək”.