Elm

26 Yanvar

Təhsil Nazirliyi müəllimlərin vaksinasiyası ilə bağlı MƏLUMAT YAYDI

"İlkin olaraq yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir".

Fins.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. O qeyd edib ki, Bakı, Abşeron və Sumqayıtda 16 min 698, bölgələrdə isə 32 min 657 müəllimin yaşı 50-dən yuxarıdır. 

O qeyd edib ki, müəllimlərin vaksinasiyasında heç bir məcburetmə halı olmayacaq.