Elm

29 Dekabr

Belçikada magistratura səviyyəsi üzrə təhsil almaq üçün əla ŞANS

Bakı 29 dekabr Fins.az

Belçikanın “College of Europe” ali təhsil müəssisəsi 2021-2022-ci tədris ilində magistratura səviyyəsi üzrə təqaüd proqramı elan edib.

Təhsil Nazirliyindən  verilən məlumata görə, proqram üzrə təhsil müddəti 1 ildir. Təqaüd proqramı ilə maraqlananlar 2021-ci il yanvarın 13-dək müraciət edə bilərlər. Ətraflı məlumatı Təhsil Nazirliyinin saytında yerləşdirilmiş elan vasitəsilə əldə etmək olar.