Elm

13 Noyabr

“Virtual məktəb”də 1,2 mln. şagird və müəllim qeydiyyatdan keçib

“Virtual məktəb”də bu günə qədər 1 milyon 200 min şagird və müəllim qeydiyyatdan keçib. 

Fins.az-ın məlumatına görə, bunu Təhsil Sisteminin İnformasiyalaşdırma İdarəsinin rəisi Vüsal Xanlarov bildirib: “Bu o deməkdir ki, çoxlu sayda müəllim və şagird platformaya çıxış əldə edib. Bu həftədən internet məhdudiyyəti yığışdırıldığı üçün platformada təhlükəsizlik baxımından insident yoxdur. Platformada onlayn təhlükəsizlik sistemi yaratmışıq. Platforma daxilində görülən işlər nəticəsində hər bir istifadəçinin kim olduğunu bilirik. Siniflərin idarə olunması bu il daha da asanlaşdırılıb, məktəb direktorları və direktor müavinlərinə daha çox funksiya verilib ki, onlar idarə edə bilsinlər”.