Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 40 məzunu Prezident təqaüdünə layiq görülüb.
Bu barədə BŞTİ-dən bildirilib.
Məlumatda qeyd edilib ki, təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2020-2021-ci tədris ili üçün ali məktəblərə qəbul göstəricilərində müsbət dinamika müşahidə olunub. “2020-2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” ölkə Prezidentinin sərəncamına əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 40 məzununa ən yüksək nəticələr göstərərək ali məktəblərə daxil olduqlarına görə Prezident təqaüdü verilib. Prezident təqaüdçüləri paytaxtdakı 5, 36, 47, 57, 62, 71, 72, 80, 89, 114, 130, 157, 165,166, 177, 178, 182, 192, 202, 213, 229, 244, 250, 261, 263, 266, 276, 278, 284, 305 və 311 nömrəli ümumi təhsil məktəblərinin məzunlarıdır.