Elm

09 Oktyabr

UNEC Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb

UNEC kollektivi Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına qarşı əks-hücum əməliyyatına başlayaraq, torpaqlarımızın işğaldan azad etməsini qürurla izləyir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qısa müddətdə əldə etdiyi ardıcıl qələbələr xalqımızın döyüş əzmini daha da artıraraq, böyük ruh yüksəkliyi yaradır.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rəşadətli Ordumuza zəfər yürüşündə dəstək və həmrəylik nümayiş etdirir. Bu məqsədlə UNEC-in 250 nəfər əməkdaşı könüllü olaraq Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb. Hazırda UNEC əməkdaşlarının Silahlı Qüvvələrə Yardım Fonduna könüllü olaraq vəsait köçürməsi prosesi davam edir.

UNEC kollektivi Ali Baş Komandanın rəhbərliyi altında tariximizdə yeni şanlı səhifə yazan, qürur mənbəyimiz olan şanlı Ordumuza yeni zəfərlər arzulayır.

Qarabağ Azərbaycandır!