Elm

02 Oktyabr

Daha 9 şagird koronavirusa yoluxub

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən bildirilib ki, 25 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub. İşçi heyətindən hərarəti yüksək olan olmayıb.

Daha 9 şagird və 8 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçmiş siniflərin sayı 3-dür.

İndiyə qədər ölkə üzrə bir məktəb, 22 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.