"Sentyabrın 15-dən etibarən 650 minə yaxın şagird tədrisə cəlb edilib".
Fins.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili mövzusunda keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, növbəti mərhələlərdə 700 minə yaxın şagirdin tədrisə cəlb edilməsi gözlənilir.