"Hazırda "Məktəblərin dostu" layihəsinin əməkdaşları arasında döyüşlər üçün cəbhəyə yollananlar var".
Fins.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, qanunda müəllimlərin əvəz edilməsi prosedurları var:
"Öz iradəsindən asılı olmadan dərslərdə iştirak etməyən müəllimlər əvəz edilir. Onlar arasında səfərbərliyə cəlb olunma olarsa, həmin müəllimlər əvəz ediləcək. Hazırda 65 yaşından yuxarı olan müəllimlər var ki, onlar da dərslərdə iştirak edə bilmir. Onların maaşı saxlanılmaqla əvəz edilir".