Elm

25 Sentyabr

DİM sədrindən imkansız ailələrin tələbə olan övladları ilə bağlı açıqlama

"Gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlər sənəd qəbulu zamanı müəyyən edilə bilər".

Fins.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, hələlik DİM-də həmin şəxslərin sayı barədə məlumat yoxdur: "Biz ərizələri qəbul edən zaman abituriyentin FİN kodu vasitəsilə kimliyini yoxlayırıq". 

M.Abbaszadə deyib ki, qəbul imtahanlarında ödənişli qəbul olunanların bir qisminin ödənişi dövlət hesabına həyata keçiriləcək: "Bu, həmişə olub, amma bu ildən sosial baxımdan həssas əhali qrupuna aid edilənlərə də şamil olunacaq. Həmin ailələrin övladları sənədlərini hazırlamalı və ali təhsil müəssisəsinə təqdim etməlidir. Bu zaman onların təhsil haqqı dövlət hesabına ödəniləcək".