Müəllimlərin koronavirus testindən keçirilib keçirilməyəcəyinə aydınlıq gətirilib.
Fins.az-ın məlumatına görə, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əsasən, hər hansı şübhə olarsa, təhsilverən və təhsilanların koronavirus testindən keçirilməsi Səhiyyə Nazirliyi və GEM-lə birgə keçiriləcək: "Hərarət, öskürək, dadbilmə, iybilmənin itməsi olarsa, həmin şəxslər COVİD-19 testindən keçiriləcək".