Elm

11 Sentyabr

DİM sədri: "III qrupda müsabiqə vəziyyəti çox yüksəkdir"

"III qrup hər il olduğu kimi çoxlu sayda abituriyenti cəlb edir. Bu il də 20 minə yaxın abituriyent III qrupa imtahan verib".

Fins.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayım zamanı bildirib. Onun sözlərinə görə, III qrup fərqlidir, müsabiqə çox yüksəkdir: "Müsabiqəyə buraxılma şərtləri bütün qruplarda eynidir. III qrup üzrə 12286 plan yeri var, müsabiqəyə buraxılanların sayı - 200 baldan yuxarı bal toplayan və bütün şrtlri ödəyənlər 15368 nəfərdir. Bu o deməkdir ki, 3082 nəfər qəbul olmayacaq, bu, artıq plan yerlərindən asılı bir məqamdır”.