Elm

11 Sentyabr

Karantin dövründə dərslərarası fasilələrə dair tələblər müəyyənləşib

Xüsusi karantin rejimi dövründə dərslərarası (məşğələlərarası) fasilələrə, gəzinti müddətinə dair tələblər müəyyənləşib.

Fins.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nda məlumat verilib. 

Qeyd edilib ki, dərslərarası (məşğələlərarası) fasilələr 10 dəqiqədən az olmayaraq müəyyən edilir. Fasilələrdə təhsilalanların imkan daxilində təmiz havada olması təmin edilir. 

Dəhlizlərdə və həyətyanı sahədə sıxlığı azaltmaq məqsədilə tənəffüslərin vaxtı bu Qaydalarla müəyyən edilən qrafikə uyğun tənzimlənir. 

Fasilə müddətində tədris otağında pəncərələr (mümkün olduğu halda) açıq saxlanılır və sinif otaqlarının havası mütəmadi dəyişdirilir. 

Mərkəzi havalandırma sistemi olan otaqların havalandırılması təmiz hava sirkulyasiyasını təmin edəcək tərzdə qurulmalı, havalandırma sistemlərinə texniki xidmətin göstərilməsi və filtrlərin dəyişdirilməsi tələblərə uyğun olaraq həyata keçirilməlidir. 

Məktəbəqədər təhsil müəssisələrində fiziki mədəniyyət məşğələsi təmassız oyunlarla məhdudlaşdırılır.