Elm

04 Sentyabr

Bu gün 2383 namizəd müəllim olmaq üçün imtahan verir

Bu gün informatika və texnologiya müəllimi olmaq istəyən namizədlər üçün işə qəbul imtahanları keçirilir.

Təhsil Nazirliyindən fins.az-a verilən məlumata görə, imtahanlarda 2383 namizədin iştirakı nəzərdə tutulub.

Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.