Bu gün Türkiyədə məktəblər öz qapılarını şagirdlərin üzünə açacaq. Bəs təhsil prosesi necə təşkil ediləcək?
Fins.az ölkə mətbuatına istinadla xəbər verir ki, yeni tədris ilində dərslər sentyabrın 18-nə kimi distant şəkildə keçiriləcək.
Sentyabrın 21-dən isə tədricən əyani təhsilə başlamaq planlaşdırılır.
Həmçinin, 3 dövlət universitetinin də distant təhsil sistemində fəaliyyət göstərəcəyi açıqlanıb.