Elm

24 Avqust

Bakıda məktəbəhazırlıq qruplarına 18 minə yaxın uşaq qeydiyyatdan keçib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi davam edir.

Fins.az xəbər verir ki, avqustun 24-ü saat 11:00-a olan məlumata əsasən, məktəbəhazırlıq qruplarına 17 869 elektron müraciət daxil olub.

Qeyd edək ki, elektron sorğu yerləşdirmə prosesi avqustun 18-də başlayıb və sentyabrın 14-nə qədər davam edəcək.

Valideynlər (digər qanuni nümayəndələr) www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər. Məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunurlar.

Onu da qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Məktəbəhazırlıq qrupları dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.