AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ştatda vakant olan vəzifələri tutmaq üçün müsabiqə elan edir.
Akademiyadan verilən məlumata görə, vakant yerlər Funksional analiz şöbəsi üzrə aparıcı elmi işçi vəzifəsinə 2, böyük elmi işçi vəzifəsinə 1, Riyazi analiz şöbəsi üzrə böyük elmi işçi vəzifəsinə 2, baş elmi işçi vəzifəsinə 1, Riyazi fizika tənlikləri və Diferensial tənliklər şöbələri üzrə aparıcı elmi işçi vəzifələrinə 1, Sürüncəklik nəzəriyyəsi şöbəsi üzrə böyük elmi işçi vəzifəsinə 2, Maye və qaz mexanikası şöbəsi üzrə elmi işçi vəzifəsinə 1, Tətbiqi riyaziyyat şöbəsi üzrə baş elmi işçi və böyük elmi işçi vəzifələrinə 1 yerdir.
Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.