Elm

17 İyul

DİM sədri: Magistraturada dövlət sifarişli yerlərə qəbul olanların 95,7 faizi qeydiyyatdan keçib

"Magistraruraya qəbul olunanların qeydiyyatı iyulun 20-nə qədər davam edəcək".

Fins.az-ın məlumatına görə, bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. 

Onun sözlərinə görə, dövlət sifarişli yerlərə qəbul olanların 95,7 faizi qeydiyyatdan keçib: "Digər yerlərə qəbul olanların 88,52 faizi qeydiyyatdan keçiblər. Demək olar 44 universitetdən 20-də qəbul olanların 90 faizi qeydiyyatdan keçib. Ümidvarıq ki, iyulun 20-nə qədər proses başa çatacaq. Bu proses onlayn şəkildə davam edir. 864 nəfər subbakalavrın məlumatları daxil olsa da, onlar ərizələrini təsdiq etməyiblər. Onlara müraciət edirəm ki, ərizlərini təsdiqləsinlər".