Elm

17 İyul

Səhhətinə görə imtahanlara qatılmayanların sayı bilindi - RƏSMİ

“Bu günə qədər 143 min insandan 3800 nəfəri müəyyən səbəblərə görə imtahanda iştirak etməyib”.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, şagirdlər, əsasən, səhhətlərində olan problemlərə görə imtahanda iştirak etməyib:

“Onların arasında ali məktəblərə və orta ixtisas məktəblərinə sənəd verənlər var.

Tibbi səbəblərə görə, bu imtahanda iştirak etməyənlərin ərizələrinə baxılır, karantində olub-olmaması yoxlanılır ki, dörd günə ixtiyarı olan insanları yerləşdirə bilək”.

M.Abbaszadə bildirib ki, imtahanların cədvəlləri yaxın iki gün ərzində bilinəcək.