“Bütün iştirakçılar COVİD-19 testindən keçiriləcək”.
Fins.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov nazirliyin facebook canlı yayımında deyib.
O, vurğulayıb ki, minlərlə insanı Bakıya dəvət etməyə ehtiyac yoxdu:
“Bütün iştirakçılar COVİD-19 testindən keçiriləcək, mərkəzlər imtahandan əvvəl və sonra dezinfeksiya olunacaq. Bununla da insanlar arasında yoluxma riskləri minimuma endiriləcək".