Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi və SUP.VC şirkətinin birgə təşkilatçılığı keçirilən “EduHack” hakatonuna qeydiyyat davam edir.
UNEC–dən Fins.az-a verilən məlumata görə, budəfəki hədəf universitet tələbələri, məzunlar, eləcə də təhsil sahəsində çalışanlardır. Yarışmada innovativ düşüncəli, təşəbbüskar, komanda ilə işləməyi bacaran, inkişafa meyilli gənclər iştirak edə bilərlər.
Hakatonda innovativ yollardan istifadə edərək distant təhsildəki çatışmazlıqların aradan qaldırılması üçün iştirakçılar 3 gün ərzində (iyulun 31-dən avqustun 2-dək) öz təşəbbüsləri üzərində işləyəcəklər. Bu müddət ərzində təhsil və innovasiya sektorundan olan mentorların dəstəyi ilə ideyalarını layihə şəklinə gətirəcəklər.
Mükafat fondu 6000 manatdır. Birinci yerə 3000 manat, ikinci yerə 2000 manat, üçüncü yerə 1000 manat veriləcək.
Distant təhsildə yaranan problemlərin aradan qaldırılması məqsədilə hər bir gənc öz ideyalarını reallaşdıra bilər.
Qeydiyyat üçün linkdən istifadə etmək mümkündür.