Dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan və ötən müsahibələr zamanı iştirakını təsdiq etməyən 64 namizəd üçün keçirilən onlayn müsahibənin nəticələri məlum olub.
Təhsil Nazirliyindən verilən məlumata görə, 44 nəfər uğur qazanıb.
Bu barədə məlumat həmin namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsahibələrdə iştirak edərək uğur qazanan namizədlər müddətli müqavilə ilə çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıblar.
Qeyd edək ki, sözügedən mərhələdə uğur qazanmamış namizədlərin apellyasiyaya müraciət etmək hüququ var. Bununla bağlı əlavə məlumat onların şəxsi səhifələrinə göndəriləcək.